Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qarabağla bağlı sayta ermənilərin kiber hücumu olub
09.11.12 02:41

KarabakhİNFO.com e-jurnalı ermənilər tərəfindən kiber hücuma məruz qalıb. Lakin hücumun qarşısı saytın texniki heyəti tərəfindən alınıb. Bununla barışmayan erməni hakerləri jurnalın şef-redaktoru Zaur Qəriboğlunun “Fecebook” səhifəsi guya irqi ayrı-seçkilik saldığına görə, bloka salınmış, eyni zamanda jurnalın erməni dili bölməsinin redaktoru Qafar Çaxmaqlının “Facebook” səhifəsi, elektron poçtları erməni haker qrupu tərəfindən dağıdılaraq, ona internet jurnalda fəaliyyətinə son qoyması ilə bağlı xəbərdarlıq edilib. İndi əsasən jurnalın “Facebok” səhifəsi və qrupu hədəfə alınıb. Xatırladaq ki, jurnal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) layihəsi əsasında təsis olunub. Layihənin rəhbəri və ideya müəllifi AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovdur. Layihənin məqsədi Dağlıq Qarabağla bağlı həqiqətləri, faktları mümkün qədər əhatəli şəkildə dünyaya çatdırmaqdır. KarabakhİNFO.com e-jurnalı da müntəzəm olaraq dörd dildə - Azərbaycan, rus, ingilis və erməni dillərində informasiyalar yayır. Jurnalda Faktlar, Danışır şahidlər, Müsahibə, Araşdırma, Müəllif, E-kitabxana, Video arxiv, Foto arxiv, Polemika, Xəbər, Mədəniyyət, Ədəbiyyat bölmələri fəaliyyət göstərir. Eyni zamanda, informasiyalar gündəlik olaraq yenilənir. Xarici ölkələrin siyasilərindən, Qarabağ hadisələrini dərindən bilən, bu hadisələrin şahidi olan tanınmış şəxslərdən, eyni zamanda, Azərbaycanda yaşayan ermənilərdən daimi şəkildə müsahibələr götürülür. Məlumatı KarabakhİNFO.com yayıb.
URL / WWW
http://kelam.az/article/a-7445.html