Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-ın aparıcı elmi işçisinin Moldovada yeni kitabı çap edilib
07.11.12 23:55

SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyev Moldovanın Elmlər Akademiyasında Beynəlxalq və Konstitusiya Hüququ haqqında yeni kitabını çap etdirib. SAM-dan “KƏLAMİNFO”a verilən məlumata görə, kitab beynəlxalq hüquq, onun insan hüquqları və dövlət administrasiyası ilə əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Kitabın toxunduğu əsas ideyalar beynəlxalq insan hüquqları, onun inkişaf tarixi, insan hüquqlarının əsas mənbələri, əsas prinsiplər kimi bərabərlik məsələləri və diskriminasiya, həyata keçirilmə sistemləri və beynəlxalq insan hüquqlarının icbari tətbiqi, əsas və prosessual hüquqlar, habelə beynəlxalq insan hüquqları daxil olmaqla bu növ monitorinq və tətbiqetmə hüquqlarıdır. Kitabın ixtisaslaşdırılmış hissəsi isə beynəlxalq insan hüquqları ilə konstitusiya hüququnun milli filialının müqayisəli təhlilini aparır.
Kamal Makili-Əliyevin bu kitabı bir çox elmi işçilər, tədqiqatçılar, dövlət işçiləri, akademiya işçiləri, hüquq tələbələri və başqalarının maraq dairəsini əhatə edəcək.
URL / WWW
http://kelam.az/article/a-7439.html