Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Gürcüstanın keçmiş daxili işlər naziri həbs olunub
07.11.12 19:55

Gürcüstanın keçmiş daxili işlər naziri Baço Axalaya həbs olunub. Onun Tbilisidə, Gürcüstanın Baş prokurorluğunda saxlanıldığı bildirilir. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, Axalayanın vəkili deyib ki, sabiq nazirə qarşı vəzifədən sui-istifadə ittihamı irəli sürülüb. Rəsmi ittihamnamə 48 saat ərzində elan olunmalıdır. Axalayanın adı Gürcüstandakı həbsxana qalmaqalı ilə bağlı hallanırdı. Prezident Mixail Saakaşvilinin rəqibləri iddia edirdilər ki, məhbuslara işgəncə verilməsi birbaşa Axalayanın əmri ilə həyata keçirilirdi. Bu ittihamları rədd edən Axalayanın Gürcüstandakı seçkilərdən sonra ölkədən qaçdığı haqda xəbərlər də yayılmışdı.
URL / WWW
http://kelam.az/article/a-7435.html