Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Türkiyə və Azərbaycan teatrları bir araya gələcək
07.11.12 19:55

Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan Türkiyədən yaradıcılıq ezamiyyətindən qayıdıb. O, Türkiyə EKsanat Teatrının rəsmi dəvəti ilə teatrın aktyorlarına “ustad dərsləri” keçib.

Bu barədə “KƏLAMİNFO”ya məlumat verən İ.Soltanın sözlərinə görə, yaxın gələcəkdə EKsanat Teatrı və Bakı Uşaq Teatrının birgə planlaşdırdıqları çox maraqlı layihəyə start veriləcək: “Layihənin birinci (hazırlıq) mərhələsi çox uğurla başa çatıb. Türkiyənin Sinop şəhərində gerçəkləşən mərhələsinin nəticəsi olaraq, EKsanat Mərkəzi tərəfindən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Bakı Uşaq Teatrının ünvanına təşəkkür məktubu ünvanlanıb. Layihənin ikinci mərhələsinin noyabrın sonu Bakıda gerçəkləşməsi gözlənilir”.
Layihənin rəhbərləri EKsanatMərkəzinin direktoru Erhan Kaya və Bakı Uşaq Teatrının rəhbəri İ.Soltandır.
URL / WWW
http://kelam.az/article/a-7432.html