Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan ilə İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
08.11.12 00:52

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İtaliyada rəsmi səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, general-polkovnik Səfər Əbiyevin İtaliyanın müdafiə naziri admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olub.

Görüşdə Azərbaycan ilə İtaliya respublikaları arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.
Səfər Əbiyev Azərbaycan torpaqlarının 20 ildir ki, erməni işğalı altında olduğunu, nəticədə bir milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. Bildirib ki, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük və Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək.Görüşün sonunda Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu gün Səfər Əbiyev müdafiə sənayesi obyektlərinə baş çəkəcək və İtaliya istehsalı olan silah və texnika ilə tanış olacaq.
URL / WWW
http://kelam.az/article/a-7431.html