Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Baş prokuror Zakir Qaralov: “Daşkəsəndəki Hərbi Hissədə baş verən qanlı hadisənin tam və hərtərəfli istintaqı təmin ediləcək”
09.02.10 03:22

Daşkəsən rayonu ərazisində yerləşən N saylı Hərbi Hissədə baş verən və 6 hərbçinin ölümü ilə nəticələnən qanlı hadisənin tam və hərtərəfli istintaqı təmin ediləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı rəhbərlik etdiyi qurumun kollegiya iclasında Baş prokuror Zakir Qaralov səsləndirib. Z.Qaralov bildirib ki, Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən fəaliyyət istiqamətləri üzrə iş daha da təkmilləşdiriləcək. Onun sözlərinə görə, məsələ ilə bağlı hərbi cinayətlərin profilaktikası üçün zəruri tədbirlərin görülməsi, bu qəbildən olan hadisələrin qarşısının alınması üçün Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin müvafiq qurumları ilə əlaqəli şəkildə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
URL / WWW
http://kelam.az/article/a-743.html