Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Yaponiyalı alim Bakı Dövlət Universitetində mühazirə oxuyub
06.11.12 15:02

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokio Universitetinin mədəniyyət antropologiyası üzrə fəxri professoru Takeo Funabikini qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. BDU haqqında qonaqlara məlumat verən rektor, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb. Görüşdə BDU ilə Yaponiya universitetlərinin əməkdaşlığı, yapon dilinin tədrisi məsələlərindən danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edilib. Qonaq universitetdə yapon dilinin tədrisindən razı qaldığını bildirib. Görüşdə Yaponiyanın səfir Şusuke Vatanabe iştirak edib. Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasında və digər elmi mərkəzlərində olublar. Sonra yaponiyalı professor universitet tələbələri qarşısında “Yenə də anlaşılmaz yaponlar? – Onlar böyük zəlzələ vaxtı və ondan sonra nə cür hərəkət edirlər?” mövzusunda mühazirə ilə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-7428.html