Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: Ermənilər Dağlıq Qarabağ siyasətlərinə təhlükə hiss etməyə başlayıblar
07.11.12 00:02

Azərbaycan hökumətinin apardığı aktiv diplomatiya Ermənistanı qorxudur və cavab reaksiyasına təhrik edir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədr Mübariz Əhmədoğlu oktyabr ayının regional və beynəlxalq ictimai-siyasi proseslərinin yekunları ilə bağlı keçirdiyi ənənəvi mətbuat konfransında deyib. M.Əhmədoğlu bildirib ki, ermənilər Dağlıq Qarabağ siyasətlərinə təhlükə hiss etməyə başlayıblar. Avropanın əksər ölkələri və ABŞ-da artıq erməni yalanlarının yerimədiyini diqqətə çatdıran M.Əhmədoğlu deyib ki, ona görə də ermənilər Latın Amerikası və Avstraliyaya üz tuturlar və həmin ölkələrdə qondarma rejimi tanıtmağa çalışırlar. M.Əhmədoğlu hesab edir ki, ermənilərin fəaliyyətlərinə həm nəzəri-ideoloji, həm də praktiki addımlarla cavab verilməlidir. Onun sözlərinə görə, indiki mərhələdə Azərbaycanın başladığı siyasi-iqtisadi, diplomatik müharibə Ermənistan və dünya erməniliyinin məğlubiyyəti ilə nəticələnə bilər. M.Əhmədoğlu bəzi təkliflər də səsləndirib. O qeyd edib ki, Azərbaycandan bir qrup nümayəndə Latın Amerikası və Avstraliyaya səfər etməli, bu məsələlərlə bağlı onlara dəqiq məlumat verilməli, beləliklə, ermənilərin yalanları orada da puç edilməlidir. M.Əhmədoğlu həmçinin bildirib ki, Avstraliyada ermənilərin idarə etdiyi 4-5 şirkət var. Odur ki, azərbaycanlı iş adamları həmin ölkəyə gedib ermənilərlə tərəfdaş olan şirkətlərlə müvafiq iş aparmalıdırlar. Bundan başqa, Türkiyə ilə birgə tədbirlər genişləndirilməlidir. Elə tədbirlər görmək lazımdır ki, Türkiyənin Ermənistana təzyiqləri daha da artsın. Bu istiqamətdə işlər Ermənistanda keçiriləcək növbəti prezident seçkilərinə qədər gücləndirilməlidir. Hətta praktik addımlara keçilməli, preventiv tədbirlər görülməlidir. Ermənistanın Moldovadan 5 milyon dolar dəyərində raket aldığını xatırladan M.Əhmədoğlu qeyd edib ki, bu məsələdən sonra Ermənistan rəhbərliyi Azərbaycanı hədələyir. Ona görə də, bu məsələyə beynəlxalq aləm münasibət bildirməli, xüsusən də Avropa İttifaqı həmin raketlərin Ermənistandan alınaraq məhv edilməsinə nail olmalıdır.
URL / WWW
http://kelam.az/article/a-7426.html