Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “Azərbaycanda internet fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur”
07.11.12 01:02

“Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bu sahəyə yönəldilən vəsait, xüsusən də dövlət başçısı İlham Əliyevin internetin inkişafına və ölkədə daha geniş coğrafiyanı əhatə etməsinə göstərdiyi diqqət informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırır”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov bildirib ki, internet ölkəmizin həm siyasi, həm ictimai, həm də vətəndaşların ümumi həyatına elə daxil olub ki, artıq bundan sonra Azərbaycanı internetsiz təsəvvür etmək mümkünsüzdür. “Beynəlxalq İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi də ölkəmizdə bu sahənin inkişafını daha da sürətləndirəcək. Azərbaycan gələn il süni peykini buraxmaq istiqamətində fəaliyyət göstərir. İnternet provayderlərinin sayının gündən-günə artması, süni peykimizin buraxılması gələcəkdə sektoru daha da gücləndirəcək və bu da digər sahələrdə olduğu kimi, Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirəcək” deyən PA-nın rəsmisi qeyd edib ki, dünyada internetdən həm faydalı, həm də ziyanlı məqsədlər üçün istifadə edilir. Onun sözlərinə görə, internetdən terrorçuluq məqsədi ilə istifadə olunması bütün dünyanı narahat edən problemdir. Azərbaycan internet terrorçuluğuna qarşı mübarizədə qabaqcıl təcrübəni bölüşür, ABŞ və dünyanın inkişaf etmiş digər ölkələri ilə sıx əməkdaşlıq edir. Əli Həsənov deyib ki, Azərbaycanda informasiya resurslarının qorunması ilə bağlı xüsusi proqram hazırlanıb və struktur yaradılıb. Bu proqrama əsasən intensiv tədbirlər görülür. Azərbaycanda internetin qismən azad olduğu haqda yayılan informasiyanın reallığı əks etdirmədiyini bildirən Əli Həsənov vurğulayıb ki, bu cür informasiyalar əsassızdır. “Azərbaycanda azad internet mövcuddur və hazırda əhalinin 60 faizdən çoxu bu xidmətdən bəhrələnir. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, internet fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur”.
URL / WWW
http://kelam.az/article/a-7425.html