Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir
06.11.12 15:02

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyindən veriblər. Kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən iştirakçılara "NATO-nun əməliyyat planlaşdırma prosesi", "Əməliyyatın planlaşdırma mərhələləri və planlaşdırma qrupları", "Planlaşdırma sənədləri", "Strateji sənədlər", "Əməliyyatın inkişaf konsepsiyası və ssenarisi", "Əməliyyatın son nəticəsinin, strateji məqsədlərin, məhdudiyyət və məcburiyyətlərin müəyyən edilməsi" və s. mövzular barədə brifinqlər verilir və sinif təlimləri keçirilir.
URL / WWW
http://kelam.az/article/a-7423.html