Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ dövlət katibinin müavini Ceyms Steynberq: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hazırki danışıqlar formatı düzgün formatdır”
09.02.10 03:20

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dövlətlərin ərazi bütövlüyü və xalqların milli müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayır. KƏLAMİNFO-nun “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistan İctimai Televiziyasına müsahibəsində ABŞ dövlət katibinin müavini Ceyms Steynberq söyləyib. Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük əhəmiyyət verdiyini söyləyən ABŞ dövlət katibinin müavini bildirib ki, hazırkı danışıqlar formatı ən düzgün formatdır. Minsk prosesini effektli hesab edən və bu yolu davam etdirməyin daha düzgün olduğunu düşünən C.Steynberq “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll yolunun tapılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir”,-deyə bildirib. C.Steynberq nizamlanma prosesinin başa çatmaqda olduğu barədə fikirləri bölüşmədiyini vurğulayıb. “Həllini gözləyən məsələlər çoxdur. Bu xüsusilə iki ölkə arasında etimad mühitinin formalaşdırılması və prosesin gələcək formatı ilə əlaqədardır. Vaşinqtonda hesab edirlər ki, münaqişə tərəfləri öz silahlanma proqramlarına və onların nəticələrinə diqqətlə yanaşmalıdır. Hər bir tərəfin müdafiə və təhlükəsizlik hüququ var, amma bunu təmin edən zaman digər tərəfin də təhlükəsizlik məsələsinə baxmaq lazımdır”,-deyə osöyləyib.
URL / WWW
http://kelam.az/article/a-742.html