Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama, yoxsa Romni?
06.11.12 02:57

ABŞ prezidenti Barak Obama və onun respublikaçı rəqibi Mitt Romni ölkəboyu həlledici ştatlara səfər edir və fəal kampaniya aparırlar. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, prezident Obama bazar günü səhəri Nyu Hempşir ştatında keçirib. Buradan o, Florida ştatına, daha sonra isə Ohayoya yollanacaq. Demokrat namizəd günü Kolorado ştatında başa vuracaq. Bazar ertəsi isə o, Viskonsin və Ayova ştatlarına baş çəkəcək. Seçki günü üçün doğma şəhəri Çikaqoya qayıtmazdan öncə Barak Obama yenidən Ohayoda olacaq. Romni Ohayo, Pennsilvaniya və Virciniya ştatlarına yollanmazdan öncə Ayovada nümayişə qatılıb. Bu gün o, Florida ştatına səfər edəcək. Seçki günü respublikaçı namizəd doğma ştatı Massaçusetsdə - Boston şəhərində olacaq. Rəy sorğularına əsasən namizədlər Kolorado, Florida, Ohayo və Virciniyada bərabər dəstəyə malikdirlər. Prezident Ohayo və Virciniyada cüzi üstünlüyə malikdir, amma Romninin Koloradoda öndə getdiyi deyilir. Sadalanan dörd ştat Ağ Evin qazanılması üçün tələb olunan 270 elektoral kollegiya səslərinin toplanılmasında həlledici rol oynayır.
URL / WWW
http://kelam.az/article/a-7418.html