Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Nikolayevdə azərbaycanlı uşaqlar üçün xüsusi sinif fəaliyyətə başlayıb
05.11.12 20:57

Ukraynanın mərkəzi şəhərlərindən olan Nikolayevdəki orta məktəblərin birində azərbaycanlı uşaqlar üçün Azərbaycan dilində tədris aparan xüsusi sinif fəaliyyətə başlayıb. Şəhərin mərkəzindəki 42 nömrəli orta ümumtəhsil məktəbindəki xüsusi sinifdə məktəbin şagirdlərindən 25-dən yuxarı Ukrayna vətəndaşı olan azərbaycanlı uşaqlara həftə sonu iki gün Azərbaycanla bağlı fənlər tədris olunur. Sinif Nikolayev vilayətindəki Heydər Əliyev Cəmiyyəti tərəfindən yaradılıb. Cəmiyyətin sədri Yunus Alıyev deyir ki, Azərbaycan dili və Azərbaycan tarixinin tədris olunduğu sinifdə dərslər həftənin xüsusi günləri - altıncı və bazar günləri keçirilir. Y.Alıyev bildirir ki, bu xüsusi sinif üçün müəllimlər də Azərbaycandan gətirilib və bütün bunlara maddi dəstək Heydər Əliyev Cəmiyyəti tərəfindən göstərilir. Ümumilikdə 1000 nəfərdən çox şagirdi olan məktəbdə 42 azərbaycanlı uşaq oxuyur. Məktəbdə təşkil olunan Azərbaycandilli sinifdə azərbaycanlı şagirdlərin bu xüsusi məşğələlərə qoşulması könüllüdür və ola bilsin ki, gələcəkdə xüsusi sinifdəki uşaqların sayı daha da artsın: “Məqsədimiz odur ki, yarım milyondan çox əhalisi olan Nikolayevdə yaşayan Ukrayna vətəndaşı olan 17 minə yaxın azərbaycanlı arasında Azərbaycan dili və Azərbaycan tarixi unudulmasın. Buradakı azərbaycanlıların tam əksəriyyəti uzun illərdir burada yaşayır və onların ailələrində doğulan uşaqların çoxu Azərbaycanı görməyib. Bu səbəbdən hesab edirəm məktəbdə təşkil olunan bu sinif buradakı biz azərbaycanlılar arasında Azərbaycançılıq irsinin yaşadılmasında yardımçı olacaq”. Y.Alıyev deyir ki, Nikolayevdə təşkil olunan sinifdə Azərbaycan dili və tarixindən başqa milli adət-ənənələr, Azərbaycanın dahi şəxsiyyətləri barədə məlumatlar mütəmadi olaraq uşaqlara çatdırılır. Məktəbin qeyd olunan sinif yerləşən hissəsində Azərbaycanın tarixi, ədəbiyyatı və milli bayramları ilə bağlı fotoşəkillər, stendlər, o cümlədən ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotostendlər yerləşdirilib. Nikolayevdəki Heydər Əliyev Cəmiyyəti 2010-cu ildə azərbaycanlı iş adamları Y.Alıyev, Anar Axundov və Kamran Həsənov tərəfindən yaranıb və ermənilərin də daha çox yaşadığı bu şəhərdə Azərbaycanla bağlı tədbirlərin keçirilməsində fəallıq göstərir. Z.Axundov eyni zamanda Ukrayna dövləti tərəfindən yaradılan Azsaylı Xalqlar Birliyinin Nikolayev üzrə sədridir. Heydər Əliyev Cəmiyyətin sədri Y.Alıyev eyni zaman da bildirib ki, yaxın zamanlarda şəhərin mərkəzi küçələrindən birinə “Azərbaycan” adının verilməsi üzərində çalışılır. Cəmiyyət Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ilə sıx əməkdaşlıq edir. UAK-ın sədri Rövşən Tağıyev Azərbaycan dilli xüsusi siniflər ilə bağlı bildirib ki, Nikolayevdəkinə bənzər kiçik siniflər Ukraynanın Xarkov, Donetsk, Dnepropetrovk, Kiev və Simferepol şəhərlərində də fəaliyyətə başlayıb. UAK sədri təəssüflə qeyd edib ki, bəzi regionlarda azərbaycanlı valideynlər uşaqlarını həftəsonu bu siniflərə cəlb eləməkdə passivlik göstərirlər. O qeyd edib ki, buna baxmayaraq, siniflər Ukraynanın azərbaycanlılar yaşayan digər bölgələrində də açılacaq: “Dərs ləvazimatları da konqresin həmin şəhərlərdəki nümayəndələri tərəfindən Azərbaycandan gətirilərək təmin olunur. Məqsəd Ukrayna vətəndaşlığı olan Azərbaycan ailələrində doğulan uşaqların mütəmadi olaraq Azərbaycanla bağlı məlumatlandırılmasıdır”.
URL / WWW
http://kelam.az/article/a-7416.html