Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Polis Akademiyasının rəisi: “Ölkəmizdə azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb”
05.11.12 20:54

“Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru Nazim Əliyev deyib. Daxili İşlər Nazirliyinin Polis Akademiyası, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Hüquqşünasları Konfederasiyası, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Qloballaşma şəraitində insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsinin aktual problemləri: nəzəriyyə və təcrübə” mövzusunda elmi-praktiki konfransda çıxış edən N.Əliyev bildirib ki, müasir dövrdə qloballaşma dövlət və cəmiyyət həyatının hər bir sahəsinə təsir göstərdiyi kimi, insan hüquqlarına da əsaslı təsir göstərən amillərdəndir: “Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu respublikamız əsas inkişaf yolu seçib, insan hüquq və azadlıqlarının qorunmasını ön plana çəkib. Ölkəmizdə azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb”. Qeyd edək ki, Polis Akademiyasında keçirilən konfransda ombudsman Elmira Süleymanova, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli çıxış edərək artıq dünyada insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartların tətbiq olunduğunu, ölkəmizdə də bu sahədə mühüm işlərin görüldüyünü, konfransın kifayət qədər aktual bir mövzunu əhatə etdiyini diqqətə çatdırıblar.
URL / WWW
http://kelam.az/article/a-7414.html