Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçirilir
05.11.12 21:54

Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, toplantıda “TÜRKPA üzv dövlətləri parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri” və “TÜRKPA üzv ölkələri arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq” mövzusu ilə bağlı hesabat və tövsiyə qərarları müzakirəyə çıxarılıb. Komissiyanın işində Türkiyə Parlamentinin millət vəkili, komissiyanın sədri Halük İpekin başçılığı altında Azərbaycan, Qazaxıstandan, Qırğızıstandan və Türkiyədən millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları iştirak edirlər. Komissiyanın işində həmçinin TÜRKPA baş katibi Ramil Həsənov da iştirak edir. R.Həsənov komissiya üzvlərinə TÜRKPA Beynəlxalq Katibliyinin fəaliyyəti haqqında məlumat verəcək. Komissiya üzvləri eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla da görüşəcəklər. Tövsiyə qərarları qəbul ediləcəyi təqdirdə TÜRKPA-nın 2013 ildə Türkiyədə keçiriləcək IV plenar sessiyasında təqdim ediləcək və orada da təsdiq ediləcəyi təqdirdə üzv ölkələrin parlamentlərinə bu istiqamətdə yeni qanun layihələri hazırlamaq məqsədi ilə göndəriləcək.
URL / WWW
http://kelam.az/article/a-7413.html