Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycana gəlir
08.02.10 20:20

Bu gündən etibarən fevralın 11-dək Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz Azərbaycanda səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən veriblər. SAM-ın dəvəti ilə reallaşan səfər çərçivəsində türkiyəli alimin Azərbaycanın bir sıra rəsmi şəxsləri, elm xadimləri, beynəlxalq münasibətlər üzrə mütəxəssisləri ilə görüşləri nəzərdə tutulub.Qeyd edək ki, Avrasiya regionu, Türkiyənin xarici siyasəti, Rusiya-Türkiyə münasibətləri üzrə tanınmış mütəxəssis Cem Oğuz 1997-2001-ci illərdə Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi və layihə koordinatoru vəzifələrində çalışıb, erməni soyqırımı iddiaları ilə bağlı Rusiya, Almaniya, İsrail və digər ölkələrin arxivlərində tədqiqat işi aparıb. O, eləcə də XİN və Milli Təhlükəsizlik Şurasında “Türk-Erməni əlaqələri”, “Sözdə soyqırım iddiaları” adlı layihələr üzərində işləyib.
URL / WWW
http://kelam.az/article/a-741.html