Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Dağlıq Qarabağda mümkün müharibə Rusiya üçün çox ciddi hərbi təhlükəyə çevrilə bilər”
02.11.12 15:38

“Dağlıq Qarabağda mümkün müharibə Rusiya üçün çox ciddi hərbi təhlükəyə çevrilə bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Rusiyanın “Versiya” qəzeti yazıb. Qəzet yazır ki, Qarabağda hərbi əməliyyatlar başlarsa, onun coğrafiyası tək mübahisəli ərazilərlə məhdudlaşmayacaq, bu, ölkələrin sərhədlərinə doğru yaxınlaşacaq. Bununla bağlı Rusiya nəşri Ermənistandakı Rusiya hərbi bazasını xatırladıb: “Bu gün Rusiya hərbçiləri Ermənistanı xarici qüvvələrdən qorumaq üzrə üzərlərinə öhdəlik götürüblər. Düzdür, bu, Dağlıq Qarabağa aid deyil. Lakin ekspertlərin proqnozlarına görə, hərbi əməliyyatlar başlarsa, Rusiya qoşunları Ermənistan sərhədlərini qoruyacaq. Bununla da milli ordunun böyük bir hissəsinin işini azaldacaqlar. Bu da erməni qoşunlarının Dağlıq Qarabağda effektiv istifadəsinə imkan yaradacaq”.
URL / WWW
http://kelam.az/article/a-7408.html