Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Məzahir Pənahov ABŞ-da keçiriləcək prezident seçkilərini müşahidə edəcək
02.11.12 15:38

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdədir. MSK-nın mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, səfərin məqsədi noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) təşkil etdiyi “ABŞ-da prezident seçkiləri – 2012” proqramı çərçivəsində müşahidəçilik etmək və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparmaqdır. Qeyd edək ki, 1992-ci ildən etibarən ABŞ-da prezident seçkiləri ərəfəsində mütəmadi olaraq təşkil edilən bu tədbirə müxtəlif ölkələrin seçki qurumlarının rəhbərləri dəvət olunur. Proqram çərçivəsində prezident seçkilərinin müşahidəsi və xarici qurumlarla təcrübə mübadiləsi həyata keçirilir. MSK sədri Məzahir Pənahov da bir neçə ildir ki, bu tədbirdə iştirak edir. Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-7406.html