Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusiya Federasiya Şurası vətənə xəyanətlə bağlı yeni qanun layihəsini təsdiq edib
01.11.12 19:29

Rusiya parlamentinin Yuxarı Palatası - Federasiya Şurası vətənə xəyanətlə bağlı yeni qanun layihəsini təsdiq edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, qanun xarici qeyri-hökumət təşkilatlarını məxfi məlumatla təmin edənlərin məsuliyyətə cəlb edilməsini təmin edir. Qanun həmçinin xarici hökumətlərin xeyrinə casusluq və Rusiyanın xarici təhlükəsizliyinə hədələri də özündə əks etdirir. Federasiya Birliyi bu barədə qərarı qəbul edib. Hazırda sənəd prezident Vladimir Putinin imzasına göndərilib. Qanun layihəsi Rusiyanın suverenliyi, konstitusiya təsisatı, ərazi bütövlüyü də daxil edilməklə, vətənə xəyanət məfhumuna geniş məna verir. Human Rights Watch və Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton qanun layihəsindən sui-istifadə edilə biləcəyi barədə narahatlığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-7402.html