Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Təmiz Şəhər” ASC-nin şöbə müdiri ADNA tələbələri üçün mühazirə oxuyub
01.11.12 19:29

“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə ekoloji təhsilin və yeni sahə olan tullantıların düzgün şəkildə idarəolunmasını təbliğ etmək məqsədilə Azərbaycan Dövlət Neft Akademiyası tələbələrinə mühazirələr oxunub. ASC-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, mühazirələr ADNA-nın “Dağ-mədən mühəndisliyi” ixtisasında və “Tempus” proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə təhsil alan tələbələri üçün təşkil edilib. “Təmiz Şəhər” ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev tələbələrə tullantıların idarəolunması sahəsində ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Mühazirələr gənclər arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulanıb. Qeyd edək ki, 2012-ci ilin noyabr ayından Azərbaycan Diplomatik Akademiyasının “Yaşıl klubu” ilə birgə Akademiyada, dekabr ayından etibarən isə Bakı Dövlət Universitetinin Ekologiya fakültəsində tələbələr üçün seminarlar keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-7400.html