Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İtaliya universitetləri ilə ADU arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
01.11.12 19:29

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Azərbaycanda səfərdə olan İtaliya nümayəndə heyətinin bir neçə üzvünü qəbul edib. ADU-nun mətbuat ximətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, rektor qonaqlara universitet haqqında məlumat verib. Səməd Seyidov İtaliya universitetləri ilə ADU arasındakı xüsusi əməkdaşlıqdan danışıb. O, İtalyan dilinin tədrisinin ADU-da uğurla aparıldığını qeyd edib. Rektor hazırda tərcümə fakültəsində 40 tələbənin italyan dili öyrəndiyini bildirib. S.Seyidov, həmçinin ADU-da İtaliyadan olan müəllimlərin çalışdığını vurğulayıb. İtaliyanın Peruca Universiteti ilə əlaqələrə toxunan S.Seyidov İtaliyanın Milan Tərcüməçilik İnstitutu ilə əlaqələrinin yüksək səviyyədə olmasından söz açıb, bu günlərdə ADU-nun nümayəndə heyətinin sözügedən instituta səfərinə toxunub. Venesiya Universitetinin prorektoru və Konfutsi İnstitutunun direktoru Marko Tereza ADU-da İtalyan dili və mədəniyyətinin tədrisini yüksək qiymətləndirib. Təmsil etdiyi universitetdə rus, erməni, gürcü, fars dillərinin tədris olduğunu deyən M.Tereza ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. O, Venesiya Universiteti və ADU tələbələrinin qarşılıqlı təhsil almaq imkanlarını dilə gətirib. Marko Tereza, eyni zamanda bir çox sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. S.Seyidov bu təklifi yüksək qiymətləndirib. Görüşdə, həmçinin tələbə - müəllim mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-7399.html