Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Oslo Universitetinin nümayəndə heyəti ADU-da olub
01.11.12 23:29

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Oslo Universitetinin nümayəndə heyətini qəbul edib. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S.Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında Skandinaviya mərkəzinin fəaliyyət göstərdiyini xatırladıb. Universitetlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan rektor bu gün tələbələrin nəinki bu dili öyrəndiklərini, hətta tərcümə sahələrində çalışdıqlarını da qeyd edib. Əlaqələrin bir neçə tələbənin bakalavr səviyyəsində təhsil alması ilə başladığını deyən rektor magistratura səviyyəsi üçün mütəxəssislərin hazırlığına da diqqət çəkərək tələbələrin Oslo universitetlərində təhsillərini davam etdirə bilmək imkanı qazandıqlarını söyləyib. Həmçinin o, tələbələrin Norveç mədəniyyəti və dilini öyrənməyə böyük maraq göstərdiklərini vurğulayıb. Oslo Universitetinin nümayəndə heyətinin rəhbəri Vibeka Roggen müəllimlərin, Oslo Universitetinin əməkdaşlarının ADU-da çalışdıqlarını söyləyib. Görüşdə gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları, yeni layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-7398.html