Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hillari Klinton: Ukrayna seçkiləri demokratiya yolunda “geriyə doğru atılan addım”dır
31.10.12 20:02

ABŞ dövlət katibi bazar günü Ukraynada keçirilən parlament seçkilərinin tənqidlərinə qoşulub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Bosniya paytaxtı Sarayevoda danışan Hillari Klinton seçkiləri demokratiya yolunda “geriyə doğru atılan addım” adlandırıb. Rəsmi nəticələrə görə, prezident Viktor Yanukoviçin hakim partiyası parlamentdəki çoxluğu saxlamaqdadır. Səslərin hesablanan 95 faizinə görə, həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun Vətən Partiyası ikinci yerə çıxıb. ATƏT-in seçki müşahidəçiləri hakim partiyanın dövlət vəsaitlərindən seçkiqabağı kampaniya üçün istifadə etdiyini bildirib. Ukraynanın baş naziri Mıkila Azarov tənqidləri rədd edərək, seçkilərin müşahidə missiyası tərəfindən "pozitiv" adlandırıldığını deyib.
URL / WWW
http://kelam.az/article/a-7395.html