Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Klinton İranı danışıqlar masasına dönməyə çağırıb
31.10.12 23:02

ABŞ Dövlət katibi Hillari Klinton bir daha İranı nüvə proqramı ilə bağlı danışıqlar masasına dönməyə çağırıb. Eyni zamanda qeyd edib ki, danışıqlar üçün pəncərə daima açıq olmayacaq. O, bunu Sarayevoda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Ketrin Eştonla keçirdiyi birgə mətbuat konfransında deyib. Amma dövlət katibi İranın bu məsələ ilə bağlı tezliklə ciddi danışıqlara başlayacağına ümidlə yanaşdığını deyib. K.Eşton isə deyib ki, yaxın vaxtlarda danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili ilə görüşmək fikrindədir. Qərb Tehranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran isə nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
URL / WWW
http://kelam.az/article/a-7394.html