Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: “Azərbaycan və Gürcüstan arasında mövcud münasibətlər bundan sonra da davam edəcək”
31.10.12 23:02

«Gürcüstanda yeni hökumətin formalaşdırılması Azərbaycanla bu ölkənin münasibətlərinə təsir göstərməyəcək. Bəzi dairələrin bu haqda fikirlərinin əsası yoxdur». “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir. Tərəflər arasında böyük əhəmiyyət kəsb edən müqavilələrin olduğunu xatırladan YAP icra katibinin müavini bu müqavilə öhdəliklərinə hər iki dövlətin bundan sonra da əməl edəcəyini qeyd edib. «Hər hakimiyyət dəyişikliyi zamanı dövlət siyasətinin də dəyişməsini düşünməli olsaq, bu, çox yanlış olardı. Hökumətin dəyişməsi dövlət siyasətinin dəyişməsi demək deyil. Dövlətlərin siyasəti uzunmüddətli strategiyaya və perspektivə əsaslanır. Bu mənada Azərbaycan və Gürcüstan arasında mövcud olan yüksək münasibətlər bundan sonra da davam edəcək» - deyə M.Qurbanlı vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7392.html