Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfər Əbiyev İranın Azərbaycandakı səfirini qəbul edib
31.10.12 20:02

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S.Əbiyev yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb. Görüşdə İran ilə Azərbaycan arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda səfir Möhsün Pakayin İranın Azərbaycana təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-7391.html