Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: “İtaliya Azərbaycana tərəf ölkədir və biz bundan istifadə etməliyik”
01.11.12 02:02

“İtalyanın La Sapienza Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir. Burada italiyalı alimlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin təcavüzü və digər məsələlərlə bağlı italyan dilində kitablar yazıblar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, həmin kitablar İtaliya universitetlərində tədris olunur: “Dünyanın yeddi böyük ölkəsi sırasında olan dövlətdə Azərbaycana bu qədər diqqət və maraq var. Əlbəttə, bu, birbaşa iki ölkə rəhbərliyinin münasibətləri ilə bağlıdır. Həmçinin bizim İtaliyadakı səfirliyimizin bu işə ciddi yanaşmasının təzahürüdür”. Nazir deyib ki, Dağlıq Qarabağ problemi və Azərbaycanla bağlı digər məsələləri əks etdirən kitabları italiyalı alimlər arxiv sənədləri əsasında hazırlayıblar. M.Mərdanovun sözlərinə görə, həmin kitablar İtaliya tərəfinin öz vəsaiti hesabına çap olunub: “Onlar bunu bizim xətrimizə deyil, ədalət naminə həqiqəti dünyaya təbliğ edirlər. İtaliya Azərbaycana tərəf ölkədir və biz bundan istifadə etməliyik. Bu istifadədə də təhsil körpüsü öz sözünü deməlidir”. Nazir İtaliyanın Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini ilk tanıyan dövlətlərdən olduğunu da xatırladıb.
URL / WWW
http://kelam.az/article/a-7390.html