Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Almaniyada Dağlıq Qarabağ münaqişəsinə həsr olunan tədbir keçirilib
04.02.10 19:38

Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunan tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) veriblər. Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələrinin də qatıldığı tədbirin məqsədi Dağlıq Qarabağ münaqişəsi barədə alman ictimaiyyətini məlumatlandırmaq, ölkəmizin reallıqlarını davamlı şəkildə təbliğ etmək olub. Toplantıda AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova “Sülhə ümid və ya siyasi-coğrafi məngənə. Dağlıq-Qarabağ münaqişəsi 2010-cu ildə” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Qarabağ müharibəsi 30 mindən çox azərbaycanlının ölümünə, 1 milyon soydaşımızın isə ata-baba yurdundan didərgin düşməsinə səbəb olub. Onun sözlərinə görə, uzun illərdir ki, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn fəaliyyəti heç bir nəticə vermir. AAKM-in icraçı direktoru öz çıxışında münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan dövlət başçılarının apardığı danışıqlar, beynəlxalq birliyin bu məsələyə dair mövqeyi, Ermənistanın münaqişənin həllinə qeyri-konstruktiv yanaşması və özü-özünü elan edən qondarma Dağlıq Qarabağ respublikasını himayə etməsi və dəstəkləməsi, Azərbaycanın Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verməyə hazır olması, eləcə də Cənubi Qafqazdakı digər münaqişəli ocaqlar barədə də geniş danışıb. Tədbirdə iştirak edən tanınmış siyasətşünas Hayko Langner isə Dağlıq-Qarabağ münaqişəsinin həlli yolları, Qafqazın geosiyasi vəziyyətinin aktuallığı və bu amilin münaqişənin həllinə təsir imkanları barədə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-739.html