Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hərbçilərimiz hərbi əməkdaşlıq proqramları çərçivəsində bir sıra tədbirlərdə iştirak edəcəklər
01.11.12 02:02

Azərbaycan hərbçiləri hərbi əməkdaşlıq proqramları çərçivəsində keçirilən bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən noyabrın 2-dən 7-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində Qara Dəniz Rotasiya Qüvvələrinin 2013-cü il üzrə təliminin əsas planlaşdırma konfransı, noyabrın 4-dən 22-dək Qətərin paytaxtı Dohada “Yırtıcı Şahin-3” təlimi, noyabrın 5-dən 16-dək İtaliyada Beynəlxalq hərbi kurs, noyabrın 11-dən 17-dək Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) nümayəndələrinin hərbçilər arasında futbol üzrə 1-ci dünya kubokunun təşkili ilə əlaqədar koordinasiya görüşü, noyabrın 12-dən 23-dək Niderlandın Brunsum şəhərində Açılan birgə qüvvələrin qərargah təlim kursu, noyabrın 12-dən 16-dək Almaniyanın Ştutqard şəhərində «Combined Endevor 2013» təliminin konsepsiya planlaşdırma konfransı, Azərbaycan-Çex Respublikası ikitərəfli əməkdaşlıq proqramına əsasən noyabrın 12-dən 16-dək Bakıda Kütləvi Qırğın Silahlarından müdafiə üzrə ekspert görüşü, eyni tarixdə Almaniyanın Drezden şəhərində NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşü keçiriləcək.Azərbaycan hərbçiləri, həmçinin noyabrın 5-dən 15-dək Türkiyənin İzmir şəhərində «Nusret-12» təlimində müşahidəçi qismində iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-7389.html