Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Bülbülün abidəsinin açılışında iştirak edib
01.11.12 02:01

Prezident İlham Əliyev Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, abidənin müəllifi Əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir. Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb. Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidenti mərasimdə çıxış edib. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Arif Babayev, Rusiyanın Xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışıblar. Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev görkəmli müğənni Bülbülün ailə üzvləri və qonaqlarla xatirə şəkli çəkdirib, onlarla söhbət edib.
URL / WWW
http://kelam.az/article/a-7387.html