Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyi 49 obyekti bağladı
30.10.12 15:24

Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 38 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1051, mikrobioloji göstəricilərinə görə 1047, toksikoloji göstəricilərinə görə 422, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 2829 yaxma nümunəsi, 68 soyuq qəlyanaltı nümunəsi götürülüb, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
URL / WWW
http://kelam.az/article/a-7385.html