Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib
30.10.12 15:24

Cari  ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan “KƏLAMİNFO”ya verilən məlumata görə, qeyd olunan faktlar üzrə 1707 nəfər cinayət məsuliyyətinə cəlb edilib, şəxslərdən ümumi çəkisi 1 ton 20 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları müsadirə edilib. Müsadirə olunan narkotik vasitələrin tərkibində həşiş 477 kq ( 46,16 %)  təşkil edib. Respublika ərazisində “Xaş-Xaş 2012” şərti adlı kompleks tədbirlər çərçivəsində qəsdən əkilib becərilən və yabanı halda bitən 325 ton narkotik tərkibli bitkilər aşkar olunaraq məhv edilib. Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların 52 nəfəri xarici ölkə vətəndaşlarıdır. Onlardan götürülən narkotik vasitələrin çəkisi 406 kq (40%) təşkil edib. Əcnəbi vətəndaşlardan 31-i İran, 14-ü Rusiya, 9-u Gürcüstan, 4-ü isə Əfqanıstan vətəndaşlarıdır. 
2012-ci ilin ötən 9 ayı ərzində məhkəmənin qanuni qüvvəsinə minmiş hökmləri üzrə müsadirə olunan 1 ton 178 kq-dan artıq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib. Ölkə üzrə qeydiyyatda  olan narkomanların sayı sabit olaraq 26 min 716 nəfər təşkil edib.
URL / WWW
http://kelam.az/article/a-7384.html