Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: Müxalifət partiyaları aksiyalarla nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar
30.10.12 15:24

«Etiraz aksiyası keçirmək müxalifətin hüququdur. Amma bu hüquq qanun çərçivəsində həyata keçirilməlidir». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

İctimai Palatanın parlamentin qarşısında nəzərdə tutduğu piketin məqsədinə münasibət bildirən B.Muradova qeyd edib ki, bu təşkilatda birləşənlər həmin aksiya ilə nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar. «Onlar parlamentin buraxılmasını da tələb edirdilər. Belə tələblərin yerinə yetirilməsi mümkünsüzdür. Həm hüquqi, həm də praktiki cəhətdən bu proses mümkün deyil. Ona görə də mümkünsüz olan tələblərin ətrafında müzakirələr açılmasının tərəfdarı deyiləm» - deyə vitse-spiker vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7383.html