Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlir
30.10.12 15:23

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq.

“KƏLAMİNFO”nun məlumatına görə, qonaqlar noyabrın 2-də Qaçqınların və Məcburi   Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası Baş katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, Avronest nümayəndə heyəti ilə, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.
Səfərin 2-ci günündə nümayəndə heyəti Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Crystal Sarayla tanışlığı da gözlənilir.
Xatırladaq ki, səfərin sonuncu günü yəni noyabrın 3-də qonaqların Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşü nəzərdə tutulur.
Həmin gün qonaqların ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşü də gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-7381.html