Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sabirabad RİH: “Rayon rəhbərliyi barədə məlumatlar kiminsə qeyri-sağlam fantaziyasının məhsuludur”
29.10.12 19:34

Bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayon rəhbərliyi barədə məlumatlar yer alıb. Bildirilir ki, naməlum şəxs tərəfindən rayon rəhbərliyinə qarşı hörmətsizliyə yol verilib. “KƏLAMİNFO” adıçəkilən rayonun icra hakimiyyəti ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. İH-in mətbuat xidmətindən bildirilib ki, məqaləni dərc edən qəzet heç bir fakta əsaslanmadan, qarşı tərəfin fikrini öyrənmədən qanunvericiliyi kobud şəkildə pozaraq vəzifəli şəxsə qara yaxmağa çalışıb: “Həmin məqalənin müəllifi əslən rayonun Xəlfəli kəndindən olsa da, kənd əhalisi arasında heç bir nüfuzu olmayan birisidir. Hətta vaxtilə törətdiyi bəd əməlinə görə məhkum da olunub. Bu gün Sabirabad ölkə rəhbərinin diqqət və qayğısı ilə yenidən qurulur. Özünü həqiqətən sabirabadlı hesab edən hər bir kəs bu inkişafa sevinməli və aparılan işlərə dəstək olmalıdır. Bir daha bildiririk ki, məqalədə göstərilən gülünc doğuran məlumat yalan və böhtan xarakterli olması ilə yanaşı, kiminsə qeyri-sağlam fantaziyasının məhsuludur”.
URL / WWW
http://kelam.az/article/a-7378.html