Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: İndiyə qədər 149 uşaq bioloji ailələrə verilib
30.10.12 02:34

Bu gün “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsinə dair tədbir keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç, “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının məsul əməkdaşı və layihə çərçivəsində maliyyə təhlilinin aparılması üçün xüsusi dəvət edilən maliyyə məsələləri üzrə beynəlxalq ekspertlər iştirak edirlər. Təhsil naziri Misir Mərdanov bildirib ki, tədbirin keçirilməsində məqsəd layihə çərçivəsində yaradılması nəzərdə tutulan nativ xidmətlərin maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparmaqdır. M.Mərdanov vurğulayıb ki, layihə bu ilin sonunda başa çatır: “İndi layihənin gələn il necə davam etdirilməsi müzakirə ediləcək. Yəni görək hökumət öz üzərinə nəyi götürəcək”. Nazir bu vaxta qədər 149 uşağın bioloji ailələrə verildiyini, 298 uşağın isə dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alındığını söyləyib. S.Şərifov isə bildirib ki, sözügedən layihənin davam etdirilməsi ilə bağlı təkliflər daxil olub: “Bizim isə təklifimiz ondan ibarətdir ki, bununla əlaqədar müvafiq təqdimat keçirilməlidir və bu layihəni həyata keçirən qurumlar, beynəlxalq təşkilatları inandırmalıyıq ki, layihənin müsbət cəhətləri olub və bunun davam etdirmək lazımdır”. Qeyd edək ki, layihə çərçivəsində valideyn himayəsindən məhrum olan və daim müəssisədə yaşayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi tikilib və uşaqların istifadəsinə verilib. Hazırda kiçik qrup evinin saxlanması xərcləri layihəyə ayrılan vəsait hesabına həyata keçirilir. Layihə başa çatdıqdan sonra evin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi nəzərdə tutulur. Qeyd olunan məsələləri və yaradılmaqda olan yeni himayədar (foster) qayğı xidmətlərini tənzimləyən “Ailə Tipli Kiçik Qrup Evi haqqında Nümunəvi Nizamnamə” və “Himayədar (Foster) Ailə Haqqında Əsasnamə” hazırlanıb, baxılması və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Bununla yanaşı, layihə çərçivəsində pilot seçilən Xəzər rayonu ərazisindəki internat məktəblərində yaşayan uşaqlar içərisindən himayədar ailələrə veriləcək 50 uşaq seçilib. Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün təlim proqramları hazırlanıb. Təlimlər Xəzər rayonunda yaradılan Ailə təlim və məsləhət mərkəzində keçirilir.
URL / WWW
http://kelam.az/article/a-7377.html