Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Onlar Putinə bağlı xüsusi xidmət orqanlarının yetirmələridir…”
29.10.12 19:34

“Bu gün Rusiya siyasi elitasında kəşfiyyat əsilli insanlar hakimdir və dövlətin daxili, xarici siyasətində də bu tendensiya hakimdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edir ki, xarici siyasətdə Rusiyanın postsovet ölkələrindəki maraqlarını qabardan prezident Vladimir Putin bu elitanı ətrafında daha sıx birləşdirərək ciddi planlar qurur: “Hətta ölkənin maraqlarını əhatə edən ölkələrdə birbaşa danışıqlara çıxan şəxslər də Putinə bağlı xüsusi xidmət orqanlarının yetirmələridir. Onların bütün proseslərə nəzarət etdiyi barədə formalaşmış mif heç də əsasız deyil, çünki burada qeyd etdiyim kimi, Putinin planları əsas rol oynayır”. Z.Oruc deyir ki, V.Putin nəinki ölkə daxilində, hətta regional olaraq real həyatın bütün həlqələrinin ələ keçirməklə, kütləvi şüurda yenilməz liderliyini qoruyub saxlayır: “Keçmiş prezident, indiki baş nazir Dmitri Medvedyev isə sosial mediada fəaldır, ictimai əlçatandır və bu məkanın oyun qaydalarını bilir”. Deputat onu da deyir ki, Rusiyada hərəkətə keçən bu elitanın Qafqaz regionunda olan maraqları kifayət qədər hərəkətlidir.
URL / WWW
http://kelam.az/article/a-7376.html