Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “İqtidar kimlə o söhbəti eləyib ki…”
30.10.12 02:34

“Azərbaycanda özünü “milli-demokratik və aparıcı” adlandıran müxalifətlə iqtidar arasında 2013-cü il prezident və 2015-ci il parlament seçkiləri ilə bağlı gizli anlaşma, razılaşma əldə olunması ilə bağlı həmin düşərgəyə aid olan mediada məlum fikirlərin səslənməsinin özü onların nə qədər acınacaqlı bir durumda olduğunu göstəricisidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, bu, bütövlükdə həmin müxalifətin gücsüzlüyünü göstərir: “Çünki bu “analitik”lər real vəziyyəti, gedən ictimai-siyasi prosesləri obyektiv olaraq dəyərləndirərək, bundan nəticə çıxarmaqdansa, buna uyğun hərəkət etməkdənsə, sadəcə, nə vaxtsa kiminsə iradəsinə uyğun olaraq hansısa bir hadisənin baş verəcəyini, kiminsə qərarı ilə vəziyyətin onların xeyrinə dəyişəcəyi barədə “proqnoz”lar verirlər və bu “proqnoz”ların reallaşacağına ümid edirlər. Bu, düzgün deyil və düşünürəm ki, onların bu günə qədər ki, uğursuzluğunun da əsas səbəbi budur. Çünki gücü olan, özünə arxayın olan söyləyir ki, bəli, mən yarışa qoşulacağam, öz səylərimi ortaya qoyacağam və bu gücün də müqabilində lazımı yeri tutacağam, lazımi qədər mandatı alacağam. Yəni o gücə adekvat olan mandatı alacağam və bunu söyləyib, buna da gedir. Bir də axı, iqtidar onu kimə deyib, iqtidar kimlə o söhbəti eləyib ki, indi o açıqlamanı yayıblar? Yəni 2013-də nə olacaq, 2015-də nə olacaq... 2013-də prezident seçkiləri olacaq. Kim bu seçkilərə özünü hazır bilirsə, indidən hazırlaşsın, qoşulsun. 2015-də də parlament seçkiləri olacaq. Yenə də kim hazırdırsa, seçkilərə qoşulsun və mübarizə aparsın”. B.Muradova seçki islahatlarına toxunaraq deyib ki, qanunvericilik mütəhərrik bir prosesdir: “Mənim də sözümdən sabah istifadə edib deməsinlər ki, Bahar Muradova dedi ki, seçki qanunvericiliyi dəyişə bilər. Keçən hər gün həm qanunlara, həm həyatımıza öz dəyişikliklərini diktə edir və biz bunu nəzərə almalıyıq. Seçki qanunvericiliyi də hər seçkiqabağı və ümumiyyətlə, proses ərzində dəyişikliklərə və əlavələrə məruz qalıb. İstər texniki cəhətdən, istər digər cəhətdən bu dəyişikliklər edilib. Bununla belə, seçki təcrübəmiz artdıqca, işi daha yaxşı təşkil etmək üçün təkliflərimiz də artır və mövqelərimiz də müəyyənləşir. İstisna etmirəm ki, 2013-cü il seçkiləri, 2015-ci il seçkiləri ərəfəsində də Seçki Məcəlləsinə hansısa xırda dəyişikliklər ola bilər. Ancaq bu o demək deyil ki, proporsional seçki sistemi bərpa olunacaq və yaxud da Milli Məclis üzvlərinin sayının artırılması ilə bağlı qərar qəbul olunacaq. Bu gün heç kim bunu qəti şəkildə söyləyə bilməz və söyləməməlidir. Kimlərinsə öz otağında oturub belə bir düşüncəsinin məhsulunu, öz təxəyyülünün məhsulunu reallıq, iqtidarın siyasəti kimi qələmə verməsinə gəlincə, bütün bunlar yanlışdır”.
URL / WWW
http://kelam.az/article/a-7375.html