Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-ın elmi işçisi MDB-nin "14-cü Neft və Qaz İxracı Konfransı"nda iştirak edəcək
29.10.12 23:34

30 oktyabr - 1 noyabr 2012-ci il tarixlərində İstanbulda (Türkiyə) "MDB-nin 14-cü Neft və Qaz İxracı Konfransı" keçiriləcək. Konfrans Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Energy Ex” tərəfindən təşkil olunacaq. Öz 14-cü ilində MDB-nin Neft və Qaz İxracı Konfransının Avropa və eləcə də Asiyanın istehlak bazarında ən effektiv, sərfəli və siyasi baxımdan həyat qabiliyyətli marşrutların (məsələn, Nabucco, TANAP, TAP, Cənub Cərəyanı və Nord Cərəyanı) təyin edilməsində MNŞ və BNŞ, istehlakçı və tranzit ölkələr üçün ən vacib sənaye görüşməsi olacağı gözlənilir. Strateji Araşdırmalar Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konfransda Azərbaycanın mövqeyini SAM-ın aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edəcək. O, “Azərbaycanın Cənub Dəhlizinə baxışı: milli prioritetlər və beynəlxalq öhdəliklər” mövzusunda məruzə ilə çıxış edəcək. Konfransda Rusiya və MDB və digər ölkələrdən olan 120 şirkətdən 180 nümayəndənin iştirakı nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-7374.html