Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Abdulla Gülü və Ərdoğanı təbrik edib
30.10.12 02:34

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdulla Gülə təbrik məktubu ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. Xalqlarımızın yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi və tərəfdaşlığı qardaşlıq duyğularımızı bariz şəkildə təcəssüm etdirir".Dövlət başçısı qeyd edib ki, ikitərəfli əməkdaşlıq zəminində Azərbaycan və Türkiyənin əldə etdiyi misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, qardaş xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın bərqərar olmasına dair niyyətlərimizin gerçəkləşən ifadəsidir. "Əminəm ki, xalqlarımız arasında dərin tarixi kökləri olan möhkəm tərəfdaşlıq münasibətləri bundan sonra da bütün birgə işlərimizdə yeni uğurlara yol açacaq. Hörmətli cənab Prezident, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyəyə daim sülh və çiçəklənmə diləyirəm" - deyə prezident İlham Əliyev bildirib. Prezident İlham Əliyev həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana da təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm. Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. Dərin tarixi kökləri ilə bir-birinə bağlı olan, ortaq mənəvi dəyərlərdən güc alan xalqlarımızın qardaşlıq ideallarının təcəssümünə çevrilən Azərbaycan-Türkiyə birliyi nümunəvi tərəfdaşlıq modelidir. Heç şübhəsiz ki, bu yaxınlarda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birgə keçirdiyimiz ikinci iclası, qarşıya qoyduğumuz vəzifələr, imzalanan sənədlər istər ikitərəfli qaydada, istərsə də regional əməkdaşlıq zəminində irəli sürdüyümüz məqsədlərə çatmaq yolundakı səylərimizə yeni təkandır. Əminəm ki, daim dərinləşən işbirliyimiz bundan sonra da qardaş xalqlarımızın iradəsini əks etdirərək ölkələrimizin rifahına və çiçəklənməsinə xidmət edəcək. Hörmətli cənab Baş nazir, bayram sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türk xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
URL / WWW
http://kelam.az/article/a-7373.html