Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib
23.10.12 23:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013–2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər. Seminar iclasında növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramlar müzakirə olunub. Seminar iştirakçılarından R.İsayeva, S.Nuriyeva, L.Xanbutayeva və başqaları proqramlarla bağlı fikir və təkliflərini bildiriblər. Proqramlara müəyyən əlavələrin edilməsi təklif edilib. Seminarın növbəti iclasında proqramların müzakirəsinin davam etdirilməsi qərara alınıb.
URL / WWW
http://kelam.az/article/a-7371.html