Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-nın müxbir üzvü R.Məmmədovun elmi-pedaqoji fəaliyyətinin 35 illiyinə həsr olunan elmi konfrans keçirilb
04.02.10 19:38

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda AMEA-nın müxbir üzvü, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini professor Ramiz Məmmədovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 35 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. “Xəzər dənizi və ətraf region ekosistemləri: təhlükə və risklər” adı altında təşkil edilmiş tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə, Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqov və digər elm xadimləri iştirak ediblər. Konfransda “Xəzərin və Azərbaycan təbiətinin sistemli tədqiqatçısı”, “Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əməkdaşlığına dair” və “Xəzər dənizinin tədqiqi: nəticələr və perspektivlər” mövzularında çıxışlar dinlənilib. Qeyd edilib ki, R.Məmmədovun elmi tədqiqatları əsasən Xəzərin ən aktual problemləri - hidrogeologiya, hidrofizika, ekocoğrafiya, dənizn atmosferlə qarşılıqlı təsiri, səviyyənin dəyişməsi, iqlim dəyişmələrinin ona təsiri, dənizdə çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelinin yaradılması, turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə həsr olunub. O, həmçinin 250-ə yaxın elmi məqalə, 9 monoqrafiya, 1 coğrafi atlas və 20-ə yaxın beynəlxalq elmi layihənin müəllifidir. Tədbirdə yubilyara AMEA Rəyasət Heyətinin fəxri fərmanı təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-737.html