Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Cinayət Məcəlləsinə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı dəyişikliklər edilir
24.10.12 02:21

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan haqları komitəsi ilə birgə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda əvvəlcə Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı sənəd müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynlinin sədrliyi ilə keçirilən iclasda sənəd barədə komitə üzvü Rafael Cəbrayılov məlumat verib. O qeyd edib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Onun sözlərinə görə, Məcəllədə olan müddəalar kifayət qədər köhnəlib. Dəyişiklərə əsasən ictimai işlər 80 saatdan 320 saatadək müddətdə müəyyən edilir və gün ərzində 4 saatdan çox ola bilməz. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırsa, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və 12 saat ictimai işə 1 gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanır. Dəyişiklərə görə, eyni zamanda yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə, ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmək. Dəyişikliklərdə göstərilir ki, yetkinlik yaşına çatmayan məhkumlara islah işləri 2 aydan 1 ilədək müddətə təyin edilir. Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-7365.html