Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə həbsdə olan jurnalistlərin sayına görə lider ölkədir
22.10.12 20:41

Türkiyə həbsdə olan jurnalistlərin sayına görə dünyada lider ölkədir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsinin bu gün açıqladığı yeni hesabatında bildirilib. JMK deyib ki, 2012-ci il avqustun 1-nə olan məlumata görə Türkiyədə 76 jurnalist həbsdədir. Onların 61-i öz fəaliyyətlərinin nəticəsi olaraq həbs edilib. Komitə onu da əlavə edir ki, həbsdə olan jurnalistlərin 70 faizi kürddür. Həbsxanadakı media işçilərinin 30 faizi hökumətə qarşı sui-qəsddə və ya qeyri-qanuni təşkilatlarda iştirak etməkdə suçlanır. Hesabatda göstərilib ki, 2011-ci ilin jurnalistlərə qarşı 5 min cinayət işi açılıb. JMK Türkiyə hökumətini filtrə icazə verən İnternet haqqında qanuna görə də tənqid edib.
URL / WWW
http://kelam.az/article/a-7362.html