Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da İtalyan dili həftəsi başa çatıb
22.10.12 20:41

Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının İtalyan dili kafedrası və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən XII dünya italyan dili həftəsinə yekun vurulub. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bağlanış mərasimində İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Silvia Vassalo, İtalyan dili kafedrasının müdiri Kəmalə Əliyeva və Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edib. Tədbirdə təhsil sahəsində əlaqələrdən danışan M.Baldi vurğulayıb ki, İtaliyanın Peruca, Syena universitetləri və Milan Dil Məktəbi ilə ADU arasında əməkdaşlıq telləri mövcuddur. O, qeyd edib ki, bu əməkdaşlıq sayəsində İtaliya universitetləri və ADU arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Bu münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-7361.html