Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT sədri Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsindən danışıb
05.02.10 03:37

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Vaşinqtona səfəri çərçivəsində ABŞ Helsinki Komissiyasında çıxış edib. KƏLAMİNFO ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT sədri çıxışında təhlükəsizliyə yeni çağırışlar və hədələrlə mübarizədə dövlətlər arasında etimad böhranının aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. K.Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə insan hüquqları və mətbuat azadlığı sahələrində öncül istiqamətlərdən danışıb. Bildirib ki, Əfqanıstanla əməkdaşlığın genişləndirilməsi, habelə Dağlıq Qarabağ, Moldova, Gürcüstanda dondurulmuş münaqişələrin həlli üçün səylər artırılacaq. Bununla əlaqədar, K.Saudabayev fevralın 15-18-də Cənubi Qafqaz regionuna səfər edəcək. Qeyd edək ki, Vaşinqtona səfəri çərçivəsində ATƏT-in hazırkı sədri ABŞ-ın dövlət katibi Hillari Klinton, energetika naziri Stiven Çu, milli təhlükəsizlik üzrə müşavir, general Ceyms Cons və ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Riçard Holbrukla görüşəcək.
URL / WWW
http://kelam.az/article/a-736.html