Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: Yaşlı müəllimlərin fəaliyyəti bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir
22.10.12 20:41

Müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmalı, gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikri təhsil naziri Misir Mərdanov deyib. Məktəblərdə şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan M.Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-7358.html