Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: “Müəllimlərin 12 saatdan az dərs demələrinə qarşıyıq”
23.10.12 02:41

“Bəzi məktəblərdə müəllimlər az saatlar hesabına işə götürülüb. Elə məktəblər var ki, orada müəllimlər 4, 6 və 8 saat hesabına dərs deyirlər. Həmişə belə hallara qarşı olmuşuq və indi də bu fikrimizdə qərarlıyıq. Biz artıq belə halların qarşısını alırıq”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya təhsil naziri Misir Mərdanov verib. Nazir deyib ki, bir “stavka” orta məktəblərdə 12 saatdır: “Biz də dərsin 12 saatdan aşağı olmamasını tələb edirik. Əksər hallarda biz buna nail olmuşuq, ancaq uşaqların və siniflərin sayı az olan yerlərdə bəzən 8, 10 saata müəllim götürməyə məcburuq. Ancaq bu hallar da getdikcə aradan qaldırılacaq”.
URL / WWW
http://kelam.az/article/a-7357.html