Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bahar Muradova Qurban bayramı ərəfəsində Füzulidə olub
23.10.12 02:40

Müqəddəs Qurban bayramı ərəfəsində Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda olub. “KƏLAMİNFO” xəbər verir ki, Bahar Muradova ilə rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon sakinlərinin görüşü olub. Qazaxlar kənd və Horadiz şəhər 2 nömrəli orta məktəblərdə keçirilən görüşlərdə Bahar Muradova və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək rayon ictimaiyyətini Qurban bayramı münasibətilə təbrik edib, ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafdan, əhalinin sosial problemlərinin həlli, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş miqyaslı quruculuq və abadlıq işlərindən danışıb. O, yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin öyrənilməsi və operativ həllinə imkan verdiyini vurğulayıb. Görüşlərdə Alı Alıyev sakinlərin problemləri ilə maraqlanıb və məsələlərin həlli istiqamətində tədbirlər görülməsi üçün tapşırıq və tövsiyələrini verib. Görüşdə çıxış edən sakinlər Füzuli rayonuna göstərdiyi qayğıya, burada yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Bahar Muradovanın təşəbbüsü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə rayondakı əlillərə 11 ədəd əlil arabası, həmçinin digər avadanlıq verilib.
URL / WWW
http://kelam.az/article/a-7356.html