Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elnur Aslanov: Minsk qrupunun fəaliyyətində çox passivlik hiss olunur
19.10.12 20:19

“İstəyimiz odur ki, Amerika Azərbaycana daha fəal şəkildə dəstək dursun”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında  “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Azərbaycan Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib.
E.Aslanov xatırladıb ki, Amerika ATƏT-in Minsk  qrupunun üzvüdür: “Çox təəssüflər olsun ki, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupunun fəaliyyətində çox passivlik hiss olunur. Ona görə də, istəyimiz odur ki, ABŞ, həmçinin digər aparıcı dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynasın, işğalçını işğalçı kimi adlandırsınlar və Azərbaycan ərazilərinin ən yaxın zamanda azad olunmasına nail olunsun”.  E.Aslanov Azərbaycan-ABŞ arasındakı əməkdaşlıqda  prioritet istiqamətləri də açıqlayıb. Onun sözlərinə görə, prioritet istiqamətlər enerji layihələridir. Həmçinin siyasi və iqtisadi islahatların həyata keçirilməsidir: “Eyni zamanda bizim hərbi  sahədə əməkdaşlığımı var. Belə ki, əməkdaşlıq nəticəsində Azərbaycan əsgərləri Amerika hərbçiləri ilə çiyin-çiyinə  İraq, Kosovo və Əfqanıstanda birgə iştirak edirlər. Əməkdaşlıq çərçivəsində həmçinin Azərbaycan üzərindən təyyarələrin Əfqanıstana uçması təmin edilir”.
URL / WWW
http://kelam.az/article/a-7348.html